Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-11 10:48:00
Təhsil İnstitutu uşaqlar üçün videoçarxlar hazırlayıb  

Təhsil Nazirliyi və Təhsil İnstitutunun BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” adlı layihə çərçivəsində iki videoçarx hazırlanıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, videoçarxlar valideyn və ailənin rolunu, münaqişədən təsirlənən uşaqların ruhi sağlamlığı və psixoloji rifahını dəstəkləməyə yardım edəcək.

 

"Emosional zəka və onun uşaqların psixi sağlamlığında əhəmiyyəti" adlı videoçarxda uşaqlarda möhkəm münasibətlər qurmağa, mühüm qərarlar verməyə və çətin situasiyaların öhdəsindən gəlməyə, həmçinin onlarda davranış və psixi sağlamlıq problemlərinin yaranma riskini azaltmağa kömək etmək məqsədilə valideynlərə övladlarında emosional zəkanı inkişaf etdirmək üçün tövsiyələr verilib.

 

İkinci videoçarx “Böhran zamanı uşaqlara psixososial dəstək göstərilməsi üçün dəstəkləyici ünsiyyət” mövzusundadır. Bu videoda isə böhranla üzləşən uşaqlara daha təhlükəsiz və etibarlı mühitdə olduqlarını, onların başa düşüldüyünü və ehtiyac duyduqları qayğını aldıqlarını hiss etdirmək məqsədilə valideynlərə övladları ilə dəstəkləyici ünsiyyəti inkişaf etdirmək üçün tövsiyələr verilib.