Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-16 15:42:55
Şəxsi kabinetdə istifadə edilməyən vəsaiti necə geri götürmək olar? – DİM-dən AÇIQLAMA

Dövlət  İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif  ödəniş üsullarından yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

Bəzi məqamlarla hesaba yanlışla artıq məbləğ yüklənir və ya yüklənən məbləğ istifadəçi tərəfindən istifadə olunmur. Belə olan halda istifadəçi bu məbləği necə geri əldə edə bilər?

DİM-dən AzEdu.az-a verilən məlumata görə, şəxsi kabinetdə istifadəsiz qalan vəsait istifadəçiyə geri qaytarıla bilər:

“Şəxsi kabinetdə qalan istifadə olunmamış vəsaitin geri götürülməsi üçün ərizə ilə Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrindən birinə müraciət edirsiniz. Ərizəyə pulu geri almaq istəyən şəxsin bank rekvizitləri (Hüquqi baxımdan zəruri olan məlumatlar toplusu, sənədin etibarlı sayılması üçün mütləq göstərilməli olan məlumatlar) əlavə olunur.Ərizəyə baxıldıqdan sonra məbləğin geri qaytarılması mümkündür".

Qeyd edək ki, ABB, Kapitalbank və Azərtürkbankda cari hesabın açılması pulsuzdur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları