Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-08 18:24:00
Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb

Mayın 17-dən iyunun 5-dək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində 1 şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub.


Bu barədə Təhsil Nazirliyindən bildirilib.


Qeyd olunub ki, hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb. Həmin müddətdə Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin koronavirus analizinin nəticəsi müsbət çıxıb: "Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb".

 

Report