Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-08 14:11:00
Azərbaycan Texniki Universitetinin professoru Türkiyədə keçirilən beynəlxalq konqresdə çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov Türkiyənin Antalya şəhərində onlayn keçirilən 5-ci “3D çap texnologiyaları və rəqəmsal sənaye-2021” mövzusunda beynəlxalq konqresdə dəvətli çıxışçı kimi iştirak edib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, kafedra müdiri Vaqif Qasımov və baş müəllim Şəhla Əliyeva konqresin “Maşın öyrətmə” bölməsində “Əşyaların internet texnologiyalarının tətbiqi zamanı EDGE, FOG və “Cloud” hesablamaları üçün üçsəviyyəli arxitektura” mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, professor beynəlxalq konqresin təşkilat komitəsinə üzv seçilib.