Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-08 13:58:00
Təhsil sahəsinə aid yeni qərarlar veriləcək – Samir Şərifov

“Təhsil hökumətin prioritetlərindən biridir və büdcədən bu sahəyə ayrılan vəsait hər il artırılır”.


AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, 2020-ci ildə  əvvəlki illə müqayisədə təhsilə ayrılan pul çox olub:


“Amma nəzərə almalıyıq ki, 2020-ci ildə Azərbaycanın ümum daxili məhsul nisbətində azalma var idi. Yaxın zamanda təhsillə bağlı bir sıra qərarların verilməsi də gözlənilir”.


Nazir qeyd edib ki, təhsildən fərqli olaraq elmin inkişafı ilə bağlı ayrılan maliyyə azdır:


“Elmin maliyyələşdirilməsi istədiyimiz nəticələri verməyib. Yəqin ki, elmin inkişafı məsələsi bilavasitə təhsilimizin inkişafl ilə bağlı olacaq”.