Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 17:59:00
Sınaq imtahanlarının ikinci sessiyasına qeydiyyat başlanır  

Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının ikinci sessiyasına qeydiyyat başlanır.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, sınaq imtahanlarının birinci sessiyasında iştirak edən şəxslərə ikinci sessiyada ödənişsiz iştirak hüququ verilir.

 

Onlayn formatda təşkil olunacaq sınaq imtahanlarının 2-ci sessiyası ibtidai təhsil (21 iyun saat 16:00), riyaziyyat (22 iyun saat 16:00), Azərbaycan dili və ədəbiyyat (22 iyun saat 16:00), ingilis dili (23 iyun saat 16:00), tarix (23 iyun saat 16:00), fizika (24 iyun saat 16:00), biologiya (24 iyun saat 16:00), coğrafiya (25 iyun saat 16:00), informatika (25 iyun saat 16:00) və kimya (25 iyun saat 16:00) fənləri üzrə keçiriləcək.

 

Sınaq imtahanlarının 2-ci sessiyası üçün qeydiyyat iyunun 17-si saat 23:59-da bitəcək.