Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 12:51:00
Bu şəxslərin qabiliyyət imtahanlarında iştirakı ödənişsiz həyata keçiriləcək-RƏSMİ

 

 

QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün QİK-lər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

AzEdu.az DİM-ə istinadən həmin şəxslrin siyahısını təqdim edir:

 

-       Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-       şəhid ailəsinin üzvləri;

-       valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-       məcburi köçkün statusu olan şəxslər;

-       I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

 

Məlumat üçün bildirək ki, bu gün qabiliyyət imtahanlarında iştirak etmək üçün son qeydiyyat günüdür.  (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov)

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları