Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 12:13:00
Bakı məktəblərində dərs deyən müəllimlərin sayı açıqlandı  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

 

Bu barədə AzEdu.az-a İdarədən məlumat verilib.

 

Qeyd olunub ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 847, IX siniflərində 34 874, XI siniflərində 20 024, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər təhsil alır.