Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 18:00:00
“SABAH” qruplarının əmtəə nişanı təsdiqlənib  

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının müvafiq protokoluna əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi “SABAH” qrupları “SABAH” əmtəə nişanı təsdiqlənib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “SABAH” qruplarının adından və emblemindən qeyri-qanuni istifadə edilməsi hallarının qarşısının alınması, “SABAH” qruplarının müəllif hüquqlarının qorunması məqsədilə onun adının və embleminin patentləşdirilməsinə zərurət yaranmışdı.

Hazırda Təhsil Nazirliyi “SABAH” qrupları əmtəə nişanının sahibi olaraq eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir.