Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 17:12:00
Nizami Gəncəvinin yaradıcılığına həsr olunan olimpiadanın nəticələri açıqlanıb  

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş rus dili və ədəbiyyat üzrə onlayn olimpiadanın nəticələri bəlli olub.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 20 şagirdi uğur qazanıb.

Müsabiqənin II mərhələsində şagirdlər “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının timsalında multikulturalizm dəyərləri” mövzusunda 3 dəqiqəlik videogörüntü formatında esse hazırlayıblar. Təqdim olunan esselər müəllifin mövqeyini əks etdirməsi, mövzuya uyğunluğu, bütövlüyü, ardıcıllığı, nitqin tutarlılığı və ifadəli olması meyarları üzrə qiymətləndirilib.
Olimpiada Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.