Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 10:12:00
TKTA 2 ali təhsil müəssisəsi ilə müqavilə imzalayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Sumqayıt Dövlət və Azərbaycan Dövlət İqtisad universitetləri ilə müqavilə imzalayıb.

Agentlikdən AzEdu.az-a bildirilib ki, müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən universitetlərin əməkdaşlarına yeni redaksiyada təsdiq olunmuş akkreditasiya qaydaları çərçivəsində “Xarici keyfiyyət təminatı”na dair təlimlərin təşkili nəzərdə tutulur.

TKTA Nizamnaməsində qeyd olunan fəaliyyət istiqamətinə uyğun olaraq təhsil müəssisələrinə daxili keyfiyyət təminatı sisteminin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək, eyni zamanda, daxili və xarici keyfiyyət təminatı ilə bağlı təlim xidmətləri göstərməyi planlaşdırır və təhsil müəssisələrini əməkdaşlığa səsləyir. Göstərilən xidmətlərin məqsədi təhsil müəssisəsində daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönlü prinsiplər əsasında təşkil olunmasına dəstək göstərilməsidir.