Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 16:30:00
Təhsil Nazirliyi Çindən 21 minə yaxın noutbuk alıb

2017-2018-ci tədris ilində üumtəhsil müəssisələrindəki texnoloji avadanlıqların sayının artırılması ilə bağlı xeyli işlər görülüb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, cari tədris ilində 30 təhsil müəssisəsində  video-müşahidə sistemi quraşdırılıb, 555 proyektor məktəblərə paylanıb, 117 təhsil müəssisəsində isə yeni daxili şəbəkələr yaradılıb və Azərbaycan Tədris Şəbəkəsinə çıxış verilib. Eyni zamanda 26 təhsil müəssisəsindəki mövcud şəbəkələrdə genişləndirmə işləri aparılıb.

Bundan əlavə, Azərbaycan və Çin arasındakı texniki- iqtisadi saziş çərçivəsində ölkəmizdəki məktəblərin İKT avadanlıqları ilə təchizatı məqsədilə 20 880 ədəd noutbuk, 789 elektron lövhə,  eyni sayda proyektor və 20 ədəd masaüstü kompüter avadanlığı gətirilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları