Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 16:24:00
Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri açıqlanıb

Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri açıqlanıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, nəticələrə əsasən, iştirakçılardan 60 nəfər qalib olub. Qaliblərin siyahısı ilə olimpiada.edu.az saytından tanış olmaq mümkündür. Təklif və iradlarla bağlı rəsmi müraciətlər 3 iş günü ərzində müvafiq yerli təhsili idarəetmə orqanlarına təqdim edilə bilər.

 

Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.