Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 12:00:00
May ayında BŞTİ-ə daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb  

May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 2141 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən bildirilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 1250 zəng qəbul edilib. Ötən ay BŞTİ-yə 582 sənəd (vətəndaşlar tərəfindən 156 ərizə, Təhsil Nazirliyindən 58, digər qurumlardan 133, məktəblərdən 146 məktub, 24 strukturdaxili yazışma və 65 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 309 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.