Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 10:12:00
Təhsil naziri bir sıra rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edib  

Mayın 31-də təhsil naziri Emin Əmrullayev Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Videoqəbulda vətəndaşlar işə qəbul, müəllimlərin yerdəyişməsi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.