Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 15:39:49
Ali təhsil müəssisələrinin qiymətləndirilməsində iştirak edəcək ekspertlər üçün onlayn təlimlər təşkil olunub  

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlər təşkil olunub.

 

TKTA-danB AzEdu.az-a bildirilib ki, 3 gün davam edən təlimlərdə Təhsil İnstitutu, əmək bazarı və 8 müxtəlif ali təhsil müəssisəsinin nümayəndələrindən ibarət 17 mütəxəssis iştirak edib.


Təlimlərdə təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin və müvafiq struktur bölməsinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara dair müzakirələr aparılıb. Eyni zamanda, təlim iştirakçıları daxili keyfiyyət təminatına dair Avropa standartları və tələbləri ilə tanış olub.

 

Virtual təlimlərdə yüksək nəticə göstərən namizədlər ekspertlik fəaliyyətinə dair sertifikatla təltif olunacaq. Yalnız sertifikat əldə edən ekspertlər akkreditasiya komissiyalarının akkreditasiya qiymətləndirmə fəaliyyətində iştirak edə biləcəklər.