Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-29 16:30:00
Yoluxan şəxsin immuniteti illərlə qala bilər - New York Times

ABŞ-da aparılan son yeni araşdırmalara görə, koronavirusa qarşı antitel və immunitet ən azı 1 il sürsə də, orqanizmdə illərcə dayanıqlı olan immunitet potensialı da var.

 

Pandemiyanın ilk ilində alimlər anticisimlərin 6 ay və daha az qaldığını, yoluxanın bir də yoluxacağını bildirirdi. Yeni araşdırmalar bu fikirləri saf çürük edib.

 

Koronavirusa qarşı immunitet qorunması qısa ömürlü deyil. Həm yoluxub sağalanlarda, həm peyvənd olunanlar bu hətta illərlə sürə bilər.


Söhbət qanda yaranan anticisimlərdən getmir. İnfeksiya ilə savaşdıqdan sonra sümük iliyində, onurğa beynində xüsusi immunitet güclənməyə davam edir.

 

Tədqiqatda son bir ildə koronaya yoluxan insanlar iştirak edib. Onların çoxunda virusu yaddaşında tutan B hüceyrələri aşkarlanıb. Onlar sümük iliyində olur və lazım olduqda anticisim səviyyəsini artırır. /medicina.az