Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 14:37:00
Məktəbdənkənar təhsil müəssisələrində 28 May - Respublika Günü qeyd olunub

Məktəbdənkənar təhsil müəssisələrində 28 May - Respublika Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Cümhuriyyət tarixi haqqında məlumat vermək, məktəbliləri respublikamızın mədəniyyəti ilə daha yaxından tanış etmək, onlarda Vətənə, bayrağa, xalqa dərin sevgi və rəğbət hissləri aşılamaq, uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

Tədbirlərdə dərnək rəhbərləri tərəfindən ustad dərsləri keçirilib, dərnək üzvləri tərəfindən rəsmlər çəkilib, uşaqların ifasında vətənpərvərlik mövzularında şeirlər səslənib, Azərbaycan xalq və bəstəkar mahnıları, muğamları ifa olunub, mərkəzlərin rəqs qrupları çıxış ediblər. Azərbaycan İstiqlal Muzeyinə virtual tur təşkil edilib.

Sonda dərnək üzvləri arasında 28 May – Respublika Gününə həsr olunan intellektual bilik yarışması keçirilib, qaliblər diplomlarla təltif olunub.

Sözügedən tədbirlərə ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərindən 600-ə yaxın məktəbli qatılıb.