Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 13:21:00
Təhsil naziri: "Yaxın zamanda Azərbaycanda Türkiyə təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsi yaradılacaq"  

"Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olduq".

 

AzEdu.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, bir müddət əvvəl hökumətlər arasında peşə təhsili sahəsində əməkdaşlığa dair imzalanan Protokola əsasən yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsi yaradılacaq.