Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 13:57:00
ICESCO təhsil sahəsində ilk hakaton keçirib  

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Beynəlxalq Təhsil Hakatonu Tərəfdaşları Proqramı çərçivəsində üzv ölkələrin tələbələri arasında təhsil sahəsində ilk hakaton keçirib.

 

AzEdu.az-ın məlumatına görə, əşkilatın baş qərargahında AZƏRTAC-a bildiriblər ki, hakatonda 60 ölkədən 100 iştirakçı 40 beynəlxalq ekspertin nəzarəti altında 18 layihə hazırlayaraq təqdim edib. Layihələr 5 mövzu – qadınlar və qızlar arasında savadsızlığın aradan qaldırılması, təhsildə inteqrasiya və gender bərabərliyi, effektiv və sistematik tədris, tədris planlarının hazırlanmasını və təhsil müəssisələrinə yardım, dayanıqlı inkişaf naminə təhsil və qlobal vətəndaşlıq üzrə hazırlanıb.

 

Beynəlxalq təhsil hakatonu mayın 21-dən 23-dək davam edib və 5 iştirakçı qrupunun layihəsi qalib elan olunub. ICESCO-dan bildiriblər ki, tədbirdən əsas məqsəd təhsilin müasir standartlara uyğun təşkili, habelə gənclərin innovasiyalar, o cümlədən süni intellektin tətbiqi üzrə vərdişlərinin formalaşdırılması olub.