Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-14 12:16:00
Beynalxalq Dəniz Hüququ Yaz Akademiyası fəaliyyətə başlayacaq

Türkiyənin Kadir Has Universitetinin Hüquq fakültəsi tərəfindən beynalxalq Dəniz Hüququ Yaz Akademiyası fəaliyyətə başlayacaq.

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dəniz hüququ ilə bağlı təlimlərin aparılacağı akademiyada ilk dərsə 23 iyulda start veriləcək.

Akademiya dünya ölkələrində hüquq sahəsində çalışan şəxsləri bir araya gətirəcək. Yaz dərslərinin avqustun 3-ə qədər davam edəcəyi gözlənilir.

Proqramda Birləşmiş Millətlər Dəniz Hüququ Məhkəməsinin eks-prezidenti Jose Luis Jesusun da iştirak edəcəyi nəzərdə tutulub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları