Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 13:24:00
Təhsil İnstitutu psixoloji araşdırmalara dair vebinar keçirəcək  

Təhsil İnstitutu mayın 27-si saat 19:00-da “Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr” mövzusunda vebinar təşkil edəcək.

İnstitutdan  bildirilib ki, tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edəcək.

Elxan Bəylərov 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika və psixologiya üzrə ekspert şurasının üzvüdür. O, Azərbaycanın təhsil sahəsindəki islahatlarda kurikulumların, o cümlədən məzmun və qiymətləndirmə standartlarının hazırlanmasında iştirak edib, həmçinin Təhsil Nazirliyinin və Niderlandın “Cito” qrupunun milli məsləhətçisi olub. 100-dən çox elmi-metodik və pedaqoji əsərin, 25-dən artıq proqram, dərslik, kitab və kitabçanın, o cümlədən Azərbaycanda ilk məntiqi test toplusu olan “Bir sual 880 cavab və ya min bir sirrin xəzinəsi (2002)” vəsaitinin müəllifidir.