Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 10:51:00
Xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib

Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstan, Ukrayna və Rusiyada yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, tədbirdə 20 ali təhsil müəssisəsindən 30-dan çox əməkdaş, həmçinin qeyd olunan ölkələrdə yaşayan müxtəlif ictimai birlik, təşkilat rəhbərləri, üzvləri, o cümlədən Azərbaycanda təhsil almaqda marağı olan abituriyent və tələbələr iştirak edib.

 

Tədbir zamanı 6 ali məktəbin təqdimatı keçirilib, Azərbaycanda təhsil imkanlarına dair məlumat verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.