Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 14:32:00
Azərbaycanlı alim beynəlxalq konfransda Ermənistanın müharibə cinayətlərindən danışıb - FOTO  

Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə Ankara Universitetində “Ermənistanın müharibə cinayətləri və Azərbaycanın Qarabağ zəfəri” mövzusunda keçirilən elmi konfransda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) I vitse-prezidenti, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı geniş məruzə ilə çıxış edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə AVCİYA-dan məlumat verilib. Bildirilib ki, o, tarixən erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər, eləcə də dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, Qarabağ müharibəsində qadağan olunmuş silahlardan istifadə etmələrinə aid faktlarla konfrans iştirakçılarını tanış edib. Daha sonra məruzəçi qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, qələbənin qazanılmasında Azərbaycana verdiyi mənəvi və texniki dəstəyə görə qardaş Türkiyə xalqına təşəkkürünü bildirib.

 

Məruzədə, həmçinin AVCİYA prezidenti Elxan Süleymanovun Sərsəng su anbarı ilə bağlı hazırladığı “Mülki insanları qəsdən sudan məhrumetmə” adlı sənəd əsasında AŞPA-nın qəbul etdiyi 8035 saylı qətnamə haqqında da geniş məlumat verilib. Bundan başqa, AVCİYA-nin 2016-cı ilin aprel-may aylarında ABŞ Prezidenti B.Obamaya ünvanlandığı petisiya, bunun üçün toplanmış 300 mindən çox imza, bu işdə qardaş Türkiyə vətəndaşlarını verdikləri dəstək haqqında da konfrans iştirakçılarını məlumatlandırılıb.

 

Konfransın sonunda məruzə ətrafında çıxışlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb.