Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 12:30:00
Bu qədər namizəd apelyasiyada uğur qazana BİLMƏYİB

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apelyasiya müsahibələri təşkil olunub. 

 

 

AzEdu.az xəbər verir ki, 7-8 may tarixlərində həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə gönərilib. 

 

 

188 nəfər namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı əldə edib. 

 

 

Qeyd edək ki, müddətsiz əmək müqaviləsinin bağlanması üçün təlimat müvafiq yerli təhsili idarəetmə orqanlarına göndəriləcək

Şükufə Süleymanlı
Müəllifin digər yazıları