Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-20 18:06:00
Müraciəti təsdiq ediləcək tələbələrin sayı AÇIQLANDI

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara müvafiq olaraq 2019-2020-ci tədris ilinin yaz semestri üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin ümumilikdə 15 209 tələbəsinin təhsil haqqı xərcləri dövlət büdcəsindən ödənilmişdir.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli deyib.

 

O, qeyd edib ki, bu təhsil haqqı xərclərinin ödənməsi üçün dövlət büdcəsindən 12 milyon 800 min manat vəsait ayrılıb. 2020-2021-ci ilin payız semestri üzrə isə portal tərəfindən müraciəti təsdiq edilən tələbələrin sayı 15 900 olub. Həmin tələbələrin təhsil haqqı xərclərinin ödənməsi üçün isə dövlət büdcəsindən 13 milyon 350 min manat vəsait ayrılmışdır.

 

Cari semestr üçün isə 15 500 - 16 500 arası tələbənin müraciətinin təsdiq olunması gözlənilir və bununla bağlı olaraq Nazirlər Kabineti tərəfindən 14 milyon manat vəsait ayrılıb.