Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-20 17:42:00
Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənməyəcək - RƏSMİ

 “Azərbaycan Respublikasının ali, orta ixtisas və peşə təhsili müəssisələrində normativ təhsil müddətində əyani təhsilalma formasında ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqlarından azad olurnmaq üçün müraciət edə bilər”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseyinli deyib.

 

O bildirib ki, təkrar ali və orta ixtisas təhsili alan tələbələrə, əyani təhsil almayanlar, normativ müddətdən artıq təhsil alanlar və sosial həssas qrupa aid olmayanlara bu proses şamil edilmir.

 

Eyni zamanda 2020-2021-ci ilin payız semestri üçün müraciəti təsdiq edilərək təhsil haqqı dövlət tərəfindən ödənən tələbələrin portala yenidən müraciət etmələrinə ehtiyac yoxdur.