Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-18 11:12:00
Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir-FOTO  

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin tikinti işləri yekunlaşmaq üzrədir.

 

AzEdu.az xəbər verir ki, İcra hakimiyyətindən verilən məlumata görə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa tapşırığı və  Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında  inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin  tikinti işləri yekunlaşmaq üzrədir.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan tikinti işləri ilə bir daha yerində tanış oldu. Məktəbdə müasir invertarlarla təhciz ediləcək 38 ədəd dərs otaqları ilə yanaşı, 2 ədəd kimya, 2 ədəd biologiya labaratoriyaları, geniş idman, akt və  yeməkxana zalları, direktor və müəllim kabinetləri, müasir istilik təhcizatı sistemi, 50 tonluq su anbarı, hər bir mərtəbədə müəllim və şagirdlər üçün ayrıca  ikikameralı sanitar qovşaqları inşa edilmişdir.