Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-18 09:20:00
Məktəb direktorları, psixoloqlar və müəllimlər üçün təlimlər yekunlaşıb  

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimlər yekunlaşıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə,  təlimlərdə 100 məktəb direktoru, 5 min 960 müəllim və 73 psixoloq iştirak edib.

 

Proqram üzrə təlimlər “Məktəbdə psixoloji xidmət sistemi: məqsədi və prinsipləri, xidmət sahələri, psixoloji xidmətin növləri, psixo-sosial dəstək və kriz anında müdaxilə”, “Xüsusi təhsil”, “Böhran vəziyyətində koqnitiv-bihevioral terapiya strategiyaları”, “Öyrənmə psixologiyası”, “İnkişaf psixologiyası” mövzularını əhatə edib.