Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 13:10:17
Müəllimlərin orta əməkhaqqının hesablanması qaydası -  İnfoqrafika  

Azərbaycan Respublikası Təhsil Nazirliyi müəllimlərin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi barədə infoqrafika yayımlayıb. 

AzEdu.az xəbər verir ki, infoqrafikaya əsasən, məzuniyyət vaxtı alınacaq əməkhaqqının hesablanması qaydası belədir: 

Əvvəla,  məzuniyyətdən əvvəlki  12 ayın əməkhaqqının cəmi 12-yə bölünür və orta aylıq əmək haqqı müəyyən olunur. Daha sonra orta aylıq əməkhaqqı 30,4-ə bölünür və bir günlük əməkhaqqı hesablanır. Sonda isə birgünlük əməkhaqqı məzuniyyət günlərinin sayına vurularaq  məzuniyyət vaxtı alınacaq əməkhaqqının məbləği müəyyənləşdirilir. 

Qeyd edək ki, 12 aydan az işləyib məzuniyyətə çıxan işçinin aylıq orta əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları