Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 09:46:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “dərs vaxtı” proqramı mayın 7-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AzEdu.az-a bildirilib ki, proqramda avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, rəngsaz və suvaq ustası, turizm təşkilatçısı, qənnadçı-şirniyyatçı, sənayedə quraşdırma işləri üzrə usta, avtomatika üzrə usta, xalçaçılıq, bərbər-vizajist-manikürçü ixtisasları üzrə dərslər təqdim olunub.

 

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi yutub kanalı ilə yanaşı, feysbuk səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.