Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 13:50:00
Ağdamın ƏN YAXŞI məktəbləri-RTŞ rəhbəri açıqladı

 

Təhsil sahəsindəki islahatlar, həyata keçirilən tədbirlər həm tədrisin yenilənməsinə, həm də keyfiyyətinin yüksəlməsinə şərait yaradıb.

 

Bu isə, ilk növbədə ali məktəblərə qəbul imtahanlarının nəticələrində özünü göstərir. Belə ki, orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşır.

 

Bu ilin qəbul prosesində də ciddi nəticələrə imza atan məktəblər olub. Onların bir qisminin tarixində isə bir ilk qeydə alınıb-həmin məktəblərin bir sinfinin bütün məzunları tələbə adını qazanıblar. Bu qəbildən olan orta məktəblər sırasında paytaxt məktəbləri ilə yanaşı, bölgə məktəbləri də var.

 

 

Bu məqsədlə rayon təhsil şöbələri ilə əlaqə saxlayaraq bölgə məktəblərinin ən fərqlənənlərini öyrənib ictimaiyyətə çatdıracağıq.

 

Bu dəfə  təqdim edəcəyimiz bölgə Ağdamdır. Ağdam RTŞ-nin müdiri Mətanət Misirxanovanın AzEdu.az-a verdiyi açıqlamaya əsasən, aşağıdakı məktəblər rayon üzrə müvafiq göstəricilərinə görə fərqlənir. Həmin siyahını təqdim edirik:

 

Qəbul göstəricilərinə görə: 3 saylı köçkün tam orta məktəbi, 28 saylı köçkün tam orta məktəbi, 34 saylı köçkün tam orta məktəbi, 42 saylı köçkün tam orta məktəbi, 100 saylı köçkün tam orta məktəbi, 112 saylı köçkün tam orta məktəbi, 149 saylı köçkün tam orta məktəbi

 

Müxtəlif olimpiadalarda iştirak edən şagird sayına, uğurlarına görə: Alıbəyli kənd tam orta məktəbi - 2015-2016-cı tədris ilində Tarix fənni üzrə Qızıl medal və 2016-2017-ci ildə Tarix fənni üzrə bürünc medal, 100 saylı köçkün tam orta məktəbi - 2015-2016-cı tədris ilində Tarix fənni üzrə qızıl medal, Üçoğlan kənd tam orta məktəbi - 2018-2019-cu tədris ilində Tarix fənni üzrə bürünc medal, 71 saylı köçkün tam orta məktəbi - 2018-2019-cu tədris ilində Biologiya fənni üzrə gümüş medal.

 

Müəllimləri ilə məşhur olan məktəblər: H.Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbi, B.Musayev adına Üçoğlan kənd tam orta məktəbi, 42 saylı köçkün tam orta məktəbi, 68 saylı köçkün tam orta məktəbi, 50 saylı köçkün tam orta məktəbi,

 

 Texniki imkanları ilə fərqlənənlər:I Yüzbaşlı kənd tam orta məktəbi, 149 saylı köçkün tam orta məktəbi, C.Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları