Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 11:37:00
“Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi” yeddinci dərs vəsaitidir-Təhsil İnstitutu
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində hazırlanan və 4 moduldan ibarət olan yeddinci dərs vəsaiti “Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi” adlanır.
 
Dərs vəsaitində 4 modul mövcuddur.
 
 
“Qiymətləndirmənin əsas prinsiplərinin tətbiq edilməsi” adlanan birinci modulda təhsilalanın modulu uğurla tamamladıqdan sonra qiymətləndirmənin və kvalifikasiyanın məzmununa dair baza prinsiplərini öyrənməsi əsas götürülüb.
 
 
“Müvafiq qiymətləndirmə metod və vasitələrinin hazırlanması” adlı ikinci modulun məqsədi təhsilalanın bu modulu tamamladıqdan sonra kontekst üçün uyğun qiymətləndirmə metod və vasitələrini tərtib etməyi bacarmasıdır. Modullarla daha ətraflı tanış olmaq üçün veb saytımızın Nəşrlər bölməsinə daxil ola bilərsiniz: https://bit.ly/3xK5WlQ