Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 12:57:00
Kolleclərdə bu ixtisaslarda oxumaq istəyənlərin axtardığı məlumat – Keçid ballarını öyrənin  

Dövlət İmtahan Mərkəzi 10 iyulda əvvəlki illərin məzunları üçün V ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri bu ixtisas qrupunda kolleclər üzrə ötənilki minimal keçid ballarıdır.

AzEdu.az bunu nəzərə alaraq, “Abituriyent” jurnalına istinadən, XI sinif üzrə 2017-ci tədris ilində kolleclər üzrə formalaşmış keçid ballarını mərhələli şəkildə diqqətə çatdırır:

Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişsiz əsaslarla Poçt rabitəsi  59, Radiorabitə, Radioverilişləri və televiziya 60, Çoxkanallı telekomunikasiya sistemləri 57, Rabitəqovşaqları və komunikasiya sistemləri 61, ödənişli əsaslarla poçt rabitəsi əyani 55, qiyabi 52, radiorabitə, radioverilişləri və televiziya əyani 54, qiyabi 52, Çoxkanallı telekomunikasiya sistemləri 54, Rabitəqovşaqları və komunikasiya sistemləri əyani 55, qiyabi 53 bal təşkil edib.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişsiz əsasla nəqliyyat vasitələrinin istismarı (nəqliyyat növləri üzrə) 67, Nəqliyyat daşınmalarının təşkili 66, Yol hərəkətinin təşkili 72, ödənişli əsaslarla Nəqliyyat vasitələrinin istismarı (nəqliyyat növləri üzrə) əyani 54, qiyabi 50,  Nəqliyyat daşınmalarının təşkili əyani 56, qiyabi 49, yol hərəkətinin təşkili əyani 61, qiyabi 54 bal təşkil edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişli əsaslarla Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı qiyabi 54, Neft və qaz emalı qiyabi 53, Elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması qiyabi 51, Elektrik təchizatı qiyabi 50, Elektrik maşınları və avadanlıqları qiyabi 50, İstilik energetik qurğuları qiyabi 50, Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə qiyabi 50 bal təşkil edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişsiz əsaslarla bina və qurğuların tikintisi və istismarı  58, Qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı 61, Dizayn 47 ( xüsusi qabiliyyət tələb edir) , ödənişli əsaslarla Bina və qurğuların tikintisi və istismarı  54, Qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı 55, dizayn 42 ( xüsusi qabiliyyət tələb edir) bal tələb edir.

Növbəti yazımızda digər kolleclər üzrə formalaşan keçid ballarına da yer veriləcək.

Qeyd edək ki, 11 illik bazada kolleclərin ixtisas seçimi 16- 20 avqust tarixlərində aparılacaq. İxtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları