Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-01 11:51:00
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində yaz tətili başlayır

Mayın 1-dən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində yaz tətili başlayır. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub.

Bunları  Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Cəsarət Valehov bildirib ki, məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri mayın 5-dək davam edəcək. Mayın 1-dən 5-dək məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.

 

AZƏRTAC