Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 12:24:00
Doqquzuncu siniflər üzrə sınaq qiymətləndirmədə 30 min 730 şagird iştirak edib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.

BŞTİ-dən bildirilib ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn formatda təşkil olunan qiymətləndirmədə 30 min 730 şagird iştirak edib.

Sınaq qiymətləndirmə təlim dili, riyaziyyat və ingilis dili üzrə keçirilib. Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.

Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.