Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 11:59:00
“Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib - FOTO  

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə əməkdaşlığı ilə “Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib.

 

AzEdu.az xəbər verir ki, aprelin 28-də proqram çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən şagird və tələbələr üçün “Enerji içkilərinin insan orqanizminə təsiri” mövzusunda ilk vebinar keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd enerji içkilərinin insan orqanizminə zərəri, uşaq və gənclər arasında bu istiqamətdə təlim-tərbiyə və təbliğat işlərinin gücləndirilməsindən ibarət olub.

 

Görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri, dərnək rəhbərləri, məktəblilər, Bakı Dövlət Universitetinin tələbələri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin konüllüləri iştirak edib.

 

Tədbir iştirakçılarına enerji içkilərinə dair sanitariya norma və qaydaları, onların daşınma, qablaşdırma və etiketlənmə qaydaları, həmçinin insan orqanizminə təsiri haqqında ətraflı məlumat verilib.

 

Vebinarda institut əməkdaşları tərəfindən həyata keçirilən maarifəndirici tədbirlərdən bəhs edilib, qida təhlükəsizliyi mövzusunda sosial videoçarx təqdim olunub, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.