Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 09:48:00
Birinci siniflərə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır  

Aprelin 29-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

 

2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul, qeydiyyat prosesinin həyata keçirilməsi barədə əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında təqdim olunan sual-cavab faylından, həmçinin videotəlimatdan əldə etmək olar.