Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 09:12:00
Birinci sinfə şagird qəbulu ilə bağlı Çağrı Mərkəzi fəaliyyət göstərir  

Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi yaradılıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə,  məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.

 

Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

 

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.