Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 14:48:00
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təlim keçirilib  

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə birgə təlimlər davam etdirilir. Növbəti belə təlim “Biznes və Sahibkarlıq” mövzusuna həsr olunub.

 

AzEdu.az xəbər verir ki, təlimdə “Yeni Fikir” MMC-nin təsisiçisi İsa Qasımov mövzu ilə bağlı təqdimatla çıxış edib.

 

Tədbir zamanı iştirakçılarla “Ali təhsil müəssisələrində sahibkarlıq və innovasiya”, “Təşəbbüskarlığın əhəmiyyəti”, “Ali təhsil müəssisələrində təşəbbüskarlığın mərhələləri” kimi mövzular ətrafında müzakirələr aparılıb.

 

Təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

 

Məlumat üçün bildirək ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.