Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 12:08:00
Beynəlxalq qiymətləndirmə tədqiqatı üçün 254 sinif seçilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu pandemiya dövrünün qaydalarına uyğun olaraq PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının həyata keçirilməsinə başlayıb.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, bütün ölkəni əhatə edəcək qiymətləndirmədə müxtəlif regionlar üzrə 200 məktəbdən 7 min şagirdin iştirakı nəzərdə tutulur.

 

Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 120-si regionların payına düşür. Bu siniflərdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsi üzrədir.

Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) IV sinif şagirdlərinin oxuyub-anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən 5 ildən bir təşkil olunur.