Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 15:54:00
Məktəblilərimiz Beynəlxalq Mendeleyev olimpiadasında uğur qazanıblar

20-26 aprel 2021-ci il tarixlərində Rusiyada kimya fənni üzrə 55-ci Beynəlxalq Mendeleyev olimpiadası təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, sözügedən elm müsabiqəsində iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər.

 

Belə ki, Türkiyə Dəyanət vəqfi - Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu gümüş,  BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli isə bürünc medala layiq görülüb.   

 

Məktəblilərimizi təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzulayırıq!