Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 14:51:00
"Birinci sinfə şagirdlərin qəbulu  bu proqram üzərindən aparılacaq"- Nazirlik  nümayəndəsi

“Birinci sinfə şagirdlərin qəbulu üzrə müsahibələr Microsoft teams proqramında aparılacaq. Vətəndaşlara dəstək məqsədilə videotəlimat hazırlanıb. Bunu izləməklə valideynlər prosedurla tanış ola bilərlər”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin  “2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı onlayn brifinq”ində  Təhsil Nazirliyinin  nümayəndəsi Elçin Kərimov bildirdi. O, digər texniki qaydaların da izahını verdi:

 

“ Proqram təminatında belə funksiya var ki,  şəxsi kabinetə daxil olduqda müsahibələrin başlanmasına 30 dəqiqə qalmış link göndərilir. Bu proses ötən il də tətbiq olunub. Bunun üçün Microsoft teams-i əvvəldən yükləmək lazımdır. 1 hesabla eyni valideyn maksiumum 3 övladını qeydiyyatdan keçirə bilər”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları