Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 14:35:00
Rus bölməsinə şagird qəbulunun vaxtı AÇIQLANDI  

“2021-2022-ci tədris il üzrə birinci siniflərin rus bölməsinə qəbul olmaq istəyən şagirdlərin müsahibələrə yazılma mərhələsi aprelin 29-da başlayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, proses iyunun 8-i saat 18.00-da yekunlaşacaq: “Mayın 4-dən rus bölməsi üzrə müsahibələrə başlanılacaq və iyunun 14-dək davam edəcək”.

 

O həmçinin qeyd edib ki, müsahibədən kəsilən uşaqların yenidən Azərbaycandilli məktəblərə sənəd verməsi mümkündür: “Lisey və gimnaziyalara Azərbaycan və rus bölməsi üzrə qəbul müsabiqə əsasında keçiriləcək”.

 

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.