Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 13:38:00
Seyid Şuşinskinin yaradıcılığına həsr olunan onlayn görüş keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), Odlar Yurdu Universiteti  və "Azərbaycan mədəniyyəti" sosial şəbəkə platformasının təşkilatçılığı ilə "Klassiklərdən incilər" layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüş xanəndə Seyid Şuşinskinin yaradıcılığına həsr olunub.

 

Tədbirdə AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Seyid Şuşinskinin həyat və yaradıcılığı haqqında məlumat verib. O, belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib və təşkilatçılara təşəkkür edib.

 

Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Gülbəniz Cəfərova və Filologiya fakültəsinin tələbəsi Fidan Nəbiyeva da Seyid Şuşinskinin Azərbaycan mədəniyyətinə töhfəsi, eyni zamanda muğamlarımızın təbliğində müstəsna xidmətlərindən danışıb.

 

Tədbir "Azərbaycan mədəniyyəti" sosial şəbəkə platformasının solistləri – muğam müsabiqəsinin iştirakçısı Ülkər Orucova və Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin Xanəndəlik fakültəsinin tələbəsi Günel İsgəndərovanın ifaları ilə davam edib.