Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 11:48:00
Çin səfirindən UNEC-ə hədiyyə  

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi iki dövlət arasında diplomatik münasibətlərin 29-cu ildönümü və Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) kitablar hədiyyə edib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Çinin tarixi, mədəniyyəti, ədəbiyyatı, elmi, fəlsəfəsi, siyasəti, iqtisadiyyatı və texnologiyasından bəhs edən kitablar UNEC Kitabxana İnformasiya Mərkəzinə təqdim olunub.

 

Çinin ölkəmizdəki səfiri xanım Qo Min UNEC rektoruna ünvanladığı məktubda kitabların oxuculara Şərqin qədim ölkəsinin zəngin tarixi və mədəniyyəti ilə tanış olmaq və müasir Çinin əsas inkişaf tendensiyalarını yaxından izləmək baxımından əhəmiyyətli olacağını bildirib. Xanım səfir kitabların hər iki ölkənin gəncləri arasında qarşılıqlı anlaşmanın və ənənəvi dostluq münasibətlərinin möhkəmləməsində mühüm rol oynayacağından əminliyini ifadə edib.