Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-09 11:30:53
“Bakıda bu qədər  məktəbdə şagird sıxlığı müşahidə olunur” – Nazir müavini 

“Bu gün ölkə üzrə məktəblərdə  şagird sıxlığı yalnız müəyyən məktəblərdə müşahidə olunur. Bu xüsusilə Bakı şəhərində olan məktəblərə aiddir”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Məhəbbət Vəliyeva məktəblərdə sıxlıqla bağlı danışarkən deyib. Vəliyevanın sözlərinə görə, Bakı şəhərinin 32 məktəbində sıxlıq müşahidə olunur:

“Hazırda qanunvericiliyə edilən dəyişikliyə əsasən təqvim ili ərzinə 6 yaşı tamam olanlarında məktəblərdə təhsil hüququ tanınır. Bunun üçün biz öhtəlik olaraq həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, ola bilər bu müəyyən ərazilərdə az sayda sıxlıqla nəticələsinsin. Ümumilikdə belə proqnozlaşdırmışdıq ki, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqların hamısı məktəbə yerləşdiriləcək. Bunun çıxış yolu da yoxdu. Uşaqların təhsil hüququnu tanımaq bizim öhtəliyimizdir, onların təhsil alması üçün lazımı şərair yaratmağa borcluyuq. Bu istiqamətlərdə əlimizdə olan bütün imkanlardan maksimum dərəcədə istifadə edəcəyik”.

Vəliyeva deyib ki, qəbul zamanı ərazi prinsipi əsas götürüləcək:

“Sıxlıq müşahidə olunan məktəblərdə şagirdlər ərazi prinsipinə uyğun qəbul ediləcək. Əlavə yerlər qaldığı təqdirdə vakansiyalar elan olunacaq”.

 Qafar Ağayev