Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 11:43:00
“Direktorlar 5 illik strateji planlaşdırma hazırlamalıdır”-BŞTİ müdiri

 

“Təhsil müəsissələrində idarəetmənin mexanizmi bir neçə mərhələli istiqamətlərdən ibarətdir. Bunlar planlaşdırma, təşkiletmə, monitoriq(nəzarət və dəyərləndirmə) , statistik təhlil və hesabatlılıqdır. 2013-cü ildə təsdiqlənən “Təhsilin inkişafı üzrə dövlət strategiyası” sənədi olduqca vacibdir. Bu təhsil sənədini ən sevdiyim sənədlərdən biridir. Düşünürəm ki, bütün təhsil işçilərinin stolüstü sənədi olmalıdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri BŞTİ rəhbəri Mehriban Vəliyeva “Bələdçi” proqramında çıxışı zamanı bildirib. O, idarəetmədə planlaşdırmanın əhəmiyyətini də vurğuladı:

 

“Məktəb rəhbərləri planlaşdırma işinə xüsusi diqqət etməli, 3-5 il müddətinə strateji planlaşdırmanı hazırlamağı bacarmalıdır. Onlar 5 il sonra mənim məktəbim haradadır və nəyi formalaşdıracaq deyə düşünməsə bu zaman addımlar da ardıcıl və sistemli həyata keçirilə  bilməz”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları