Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 16:39:00
BŞTİ rəhbərliyi təltif olunub - FOTO  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi təltif olunub.

 

AzEdu.az xəbər verir ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavinləri Hüseyn Əsgərov və Teymur Əhmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illik yubiley döş nişanı ilə təltif edilib.

 

 ATİAHİ-nin Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb.

 

BŞTİ müdiri M.Vəliyeva ATİAHİ-ni yubiley münasibətilə təbrik edərək, onların həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib və göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.