Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 16:00:00
Hazırlıq kursları fəaliyyətini davam etdirəcəkmi?  

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.

 

AzEdu.az  xəbər verir ki, Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.

 

Beləliklə, bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.

 

Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. (Report)